...

Azərbaycanda "Azeri Light" neft növünün hasilatının artırılması layihəsinə sanksiya verilib (FOTO)

Energetika Materials 9 Mart 2010 13:31 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun işlənməsi layihəsi üzrə tərəfdaşlar çərşənbə axşamı Bakıda Chirag oil project -ə sanksiya veriblər. Layihə blokda neft hasilatının artırılmasını nəzərdə tutur. Layihəyə investisiya qoyuluşunun həcmi altı milyard dollar səviyyəsində gözlənilir.
Azərbaycanda "Azeri Light" neft növünün hasilatının artırılması layihəsinə sanksiya verilib (FOTO)

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir A.Əliyev/

Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun işlənməsi layihəsi üzrə tərəfdaşlar çərşənbə axşamı Bakıda "Chirag oil project"ə sanksiya veriblər. Layihə blokda neft hasilatının artırılmasını nəzərdə tutur. Layihəyə investisiya qoyuluşunun həcmi altı milyard dollar səviyyəsində gözlənilir.

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: "bp" (operator - 34,1367 faiz iştirak payı), "ChevronTexaco" (10,2814 faiz), ARDNŞ (10 faiz), INPEX (10 faiz), "Statoyl" (8,5633 faiz), "ExxonMobil" (8,006 faiz), TPAO (6,75 faiz), "Devon Energy" (5,6262 faiz), "Itochu" (3,9205 faiz), "Delta Hess" (2,7213 faiz).

Layihə yeni "Qərbi Çıraq" platformasının inşasını nəzərdə tutur. Platforma dənizin 170 metr dərinliyində artıq fəaliyyət göstərən "Çıraq" və "Günəşli" hasilat platformalarının arasında quraşdırılacaq. "Chirag oil project" çərçivəsində inşaat işlərinin əksəriyyəti, o cümlədən, platformanın qazma modulunun inşası Azərbaycanda həyata keçiriləcək. Əvvəlki layihələr üçün modul xaricdə inşa edilib.

AÇG-də neft hasilatının artırılması çərçivəsində tikilən yeni platformadan "Azeri Light" neft növünün planlaşdırılan illik hasilat həcmi 360 milyon barel təşkil edəcək. Yeni platformadan gözlənilən səmt qazının gündəlik hasilat həcmi 6,5 milyon kubmetrdən çox olacaq. Platformada qazın laya vurulmasının gündəlik həcmi 2,3 milyon kubmetrə yaxın təşkil edəcək.

Layihə çərçivəsində qabaqlayıcı qazma 2010-cu ilin ikinci, 2012-ci ilin birinci yarısını əhatə edəcək. Qazma "Dədə Qorqud" qurğusu ilə həyata keçiriləcək. Platformadan hasilata başlanılması 2012-ci ilin sonlarına planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti