Azərbaycan, Bakı, 9 mart / Trend /
"Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin satışı və paylanması) ötən ilin analoji dövründə, təxminən, 4 milyard kilovat/saat elektrik enerjisinə nisbətdə bu ilin yanvar-fevral aylarında 3,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə ASC-nin məlumatında deyilir.
İstehsal olunan elektrik enerjisinin 3 milyard kilovat-saatı istilik-elektrik stansiyalarının, təxminən, 0,5 milyard kilovat/saat elektrik enerjisi isə su-elektrik stansiyalarının payına düşür.
Fevralda "Azərenerji" SC, təxminən, 1,7 milyard kilovat-saat elektrik enerjisi istehsal edib ki, bunun da 1,4 milyard kilovat-saatı İES-lərin, təxminən, 0,3 milyard kilovat-saat isə SES-lərin payına düşür.
Ay ərzində, həmçinin, Rusiya, Türkiyə, İran və Gürcüstana elektrik enerjisi ötürülməsi davam etdirilib.