...

ARDNŞ Xəzərdə bəzi perspektiv strukturlarda müstəqil kəşfiyyat işləri aparmaq niyyətindədir

Energetika Materials 12 Mart 2010 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) öz vəsaitləri hesabına Xəzər dənizinin Azərbaycan sektorunda bir sıra yataq və strukturlarda kəşfiyyat işləri aparmağı planlaşdırır. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayevin Yeni Azərbaycan Partiyasının rəsmi saytında yerləşdirilən müsahibəsində deyilir.

Abdullayevin sözlərinə görə, şirkət öz vəsaitləri hesabına "Babək", "Əşrəfi" və "Qarabağ" yataqları və strukturlarında kəşfiyyat işləri aparmağı planlaşdırır.

Uzun fasilədən sonra şirkət hazırda "Ümid" perspektiv dəniz strukturunda kəşfiyyat qazması aparır. Həmçinin hazırda şirkətin neftçiləri "Günəşli" (azsulu hissə), "Neft Daşları", "Hövsan", "Qum adası", "Pirallahı" dəniz yataqlarında, həmçinin "Balaxanı", "Bibiheybət" və "Buzovna" quru yataqlarında müstəqil şəkildə işləyirlər.

Abdullayev deyib ki, şirkət xarici şirkətlər tərəfindən təqdim edilən təkliflərə də diqqət ayırır. Azərbaycan ölkənin həm dəniz, həm də quru yataqlarında kifayət qədər neft ehtiyatlarına malikdir ki, bu da xarici şirkətləri cəlb edir. Onların təkliflərinin qiymətləndirilməsi zamanı səmərəlilik prinsipi əsas götürülür.

Xəbər lenti

Xəbər lenti