...

ARDNŞ quru yataqlarda ekoloji işlər aparır

Energetika Materials 12 Mart 2010 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend /

Bu ildən etibarən "Suraxanı oyl" əməliyyat şirkəti "Ekol Mühəndislik Xidmətləri" QSC-yə zərərsizləşdirilməsi və təmizlənməsi üçün 4515 kubmetr çirkab suları ötürüb. Bu barədə cümə günü ARDNŞ-nin Ekologia İdarəsinin məlumatında deyilir. Quyulardan çirkab sularının ötürülməsi müqavilə əsasında aparılır.

Məlumata əsasən, quyular ətrafında aparılan müxtəlif növ tullantılardan təmizləmə işləri nəticəsində, ümumilikdə, 5400 kubmetr ərazi abadlaşdırılıb.

2006-cı ilin martında Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün yaradılmış "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həmtəsisçiləri ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) (51 faiz) və Lancer S.A. Services-dir (49 faiz).

Xəbər lenti

Xəbər lenti