...

ARDNŞ Qalmaz yeraltı qazsaxlama anbarının genişləndirilməsinə dair işlər aparır

Energetika Materials 16 Mart 2010 12:50 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Qalmaz qazsaxlama anbarına vurulan qazın həcminin 2 dəfəyə qədər artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Qalmaz Kompressor Stansiyasında aqreqatların sayı 16-dan 18-ə çatdırılacaq. Bu barədə ARDNŞ-in məlumatında deyilir.

Azərbaycan, Bakı, 16 mart / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Qalmaz qazsaxlama anbarına vurulan qazın həcminin 2 dəfəyə qədər artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Qalmaz Kompressor Stansiyasında aqreqatların sayı 16-dan 18-ə çatdırılacaq. Bu barədə ARDNŞ-in məlumatında deyilir.

13 maşın və qaz-kompressor aqreqatının təmiri başa çatdırılıb və qurğular qazvurma mövsümündə işləmək üçün tam hazır vəziyyətə gətirilib. Daha 5 aqreqatın isə giriş-çıxış xətləri yenidən qurulur. İndiyədək 125 atmosfer təzyiqi ilə işləmiş aqreqatlar bundan sonra 140 atmosfer təzyiqi ilə işləyəcək.

Hazırda Azərbaycanda iki yeraltı qaz anbarı var - "Qalmaz" və "Qaradağ".

Ötən il ARDNŞ yeraltı qazsaxlama anbarlarına rekord həcmdə qaz vurub - 2 milyard kubmetr qaz. 2008-ci ildə isə bu göstərici 1,4 milyard kubmetr təşkil edib.

Ötən il Qalmaz qazsaxlama anbarına, təxminən, 1,16 milyard kubmetr qaz, Qaradağ anbarına isə 795,3 milyon kubmetrdən çox qaz vurulub.

Hazırda ARDNŞ tərəfindən Qaradaq yeraltı qazsaxlama anbarının genişləndirilməsi üzrə fəal işlər aparılır.

ARDNŞ rəhbəri Rövnəq Abdullayevin daha əvvəllər dediyi kimi, növbəti ilin mövsümünə kimi yeni kompressor stansiyalarının, boruların tikintisi və quyuların təmiri üzrə işlər başa çatdırılacaq. Qaradağ yeraltı qaz anbarının genişləndirilməsinin birinci mərhələsi çərçivəsində onun fəal gücünün 1,4 milyard kubmetrə, ikinci mərhələ çərçivəsində isə bu göstəricinin 2,3 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Abdullayevin sözlərinə görə, yaxın zamanlarda Azərbaycanın yeraltı qazsaxlama anbarlarına, təxminən, 3 milyard kubmetr qaz vurmaq mümkün olacaq, lakin perspektivli üçüncü mərhələdə isə bu rəqəmi 5 milyarda çatdırmaq olar. Bu, Azərbayanın daxili bazarını qazla təmin etməyə və ölkənin ixrac imkanlarını genişləndirməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti