...

2009-cu ildə Azərbaycanda elektrik enerjisi istehsalının gücü 9,8 faiz artıb - Baş nazir Artur Rasizadə

Energetika Materials 16 Mart 2010 15:41 (UTC +04:00)
Azərbaycanda elektrik enerjisi istehsalının gücü 2009-cu ildə 9,8 faiz artaraq, 6370 meqavat təşkil edib. Bu barədə Baş nazir Artur Rasizadə çərşənbə axşamı parlamentdə Nazirlər Kabinetinin 2009-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatının müzakirəsində bildirib.
2009-cu ildə Azərbaycanda elektrik enerjisi istehsalının gücü 9,8 faiz artıb - Baş nazir Artur Rasizadə

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir İ.Xəlilova/

Azərbaycanda elektrik enerjisi istehsalının gücü 2009-cu ildə 9,8 faiz artaraq, 6370 meqavat təşkil edib. Bu barədə Baş nazir Artur Rasizadə çərşənbə axşamı parlamentdə Nazirlər Kabinetinin 2009-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatının müzakirəsində bildirib.

"İl ərzində gücü 525 meqavat olan Sumqayıt elektrik stansiyası və gücü 104 meqavat olan Şahdağ elektrik stansiyası istismara verilib", - Rasizadə deyib.

Ötən il, həmçinin, Şirvanda gücü 780 meqavat olan "Cənub" elektrik stansiyasının inşası davam etdirilib, Ordubadda 36,5 meqavat gücündə SES-in, Füzulidə isə 25 meqavat gücündə olan SES-ın inşasına başlanıb.

"Alternativ enerji mənbələrinin inkişafı imkanlarının öyrənilməsi üçün ölkə prezidentinin ehtiyat fondundan bir milyon manat ayrılıb. 2010-cu ildə investisiya proqramında alternativ və bərpa oluna bilən enerji mənbələrinə 40 milyon manat ayrılması nəzərdə tutulur", - Azərbaycanın Baş naziri bildirib.

Xəbər lenti

Xəbər lenti