...

Rusiya və Türkmənistan münasibətlərində neft-qaz sektoru prioritetdir - Prezident Qurbanqulu Berdiməhəmmədov

Energetika Materials 17 Mart 2010 12:09 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov RF-nin xarici işlər naziri Sergey Lavrovla görüşündə cari ildə neft qaz sektorunu əməkdaşlığın "prioritet" istiqaməti adlandırıb.
Rusiya və Türkmənistan münasibətlərində neft-qaz sektoru prioritetdir - Prezident Qurbanqulu Berdiməhəmmədov

Türkmənistan, Aşqabad, 17 mart / Trend , müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov RF-nin xarici işlər naziri Sergey Lavrovla görüşündə cari ildə neft qaz sektorunu əməkdaşlığın "prioritet" istiqaməti adlandırıb. Bu barədə bu gün Altın Asır milli telekanalı məlumat verib. Bundan başqa, ötən il imzalanmış qarşılıqlı fəaliyyət haqqında müqavilə, elektroenergetika və maşınqayırma kimi sahələr də vurğulanıb.

Məlumatda deyilir ki, Lavrov səmərəli əməkdaşlığın inkişafında maraqlı olduğunu ifadə edən RF Prezidenti Dmitri Medvedev və Baş nazir Vladimir Putinin salamlarını çatdırıb.

Berdiməhəmmədov da öz növbəsində bildirib ki, Türkmənistan dövlətlərarası ənənəvi dialoqun hərtərəfli genişlənməsi və möhkəmlənməsinə böyük əhəmiyyət verir.

Tərəflər əmtəə dövriyyəsi həcminin artırılması prespektivlərini, həmçinin Rusiya Federasiyası və Türkmənistan subyektləri arasında əməkdaşlığın fəallaşdırılmasını qeyd ediblər.

Türkmənistan Rusiya, Çin və İrana təbii qaz tədarük edir. Orta Asiya-Mərkəzi Asiya magistral qaz kəməri ilə Özbəkistan və Qazaxıstan vasitəsilə Rusiyaya qaz tədarükünə gəldikdə isə, bu, 2009-cu ilin yazından müqavilənin şərtləri üzrə danışıqlar aparıldıqdan sonra cari ilin əvvəlində bərpa olunub.

Bundan əlavə, Moskva Türkmənistan qazının tədarükünün artırılması imkanını Xəzəryanı qaz kəmərinin inşasına dair layihənin həyata keçirilməsi ilə əlaqələndirir.

Xəbər lenti

Xəbər lenti