...

Yanvar-fevral aylarında Azərbaycanda neft hasilatı artıb

Energetika Materials 17 Mart 2010 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend /

Yanvar-fevral aylarında Azərbaycanda 7,97 milyon ton neft və kondensat hasil olunub ki, bu da 2009-cu ilin yanvar-fevral aylarında neft və kondensat hasilatı üzrə göstəricidən 8,5 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Ötən ay neft hasilatında əsas həcm Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşüb. Şirkət "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda və "Şahdəniz" qaz-kondensat yatağında 6,6 milyon ton neft və qaz-kondensat hasil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 10,3 faiz çoxdur.

Yanvar-fevral aylarında Azərbaycanda qaz hasilatı 4,24 milyard kubmetrə yaxın təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 11,4 faiz çoxdur. "Azəri-Çıraq-Günəşli" yataqlar bloku (səmt qazı) və "Şahdəniz" yatağının payına 1,8 milyard kubmetr qaz düşüb ki, bu da 2009-cu ilin yanvar-fevral aylarındakı göstəricidən 6,3 faiz azdır.

Yanvar-fevral aylarında Azərbaycanda 3,55 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 11 faiz azdır.

Xəbər lenti

Xəbər lenti