...

Azərbaycan və Qazaxıstan neftin Xəzər vasitəsilə nəqli layihəsini müzakirə ediblər

Energetika Materials 18 Mart 2010 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend /

Bakıda Qazaxıstanın "KazMunayQaz" və ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birgə işçi qrupunun görüşü başa çatıb. İşçi qrupu Transxəzər Neft Nəql Sisteminin yaradılmasını müzakirə edib. Bu barədə ARDNŞ-in cümə axşamı yaydığı məlumatda bildirilir.

Görüşdə Qazaxıstanın "Kaşaqan" və "Tengiz" neft yataqlarında işləyən xarici neft şirkətlərinin nümayəndələri də iştirak ediblər.

Görüş zamanı tərəflər sistemin texniki layihələndirilməsinin reallaşma qrafikini və digər işlərin reallaşması məsələlərini nəzərdən keçiriblər.

Layihənin kommersiya və hüquqi aspektləri ətrafında da fikir mübadiləsi aparılıb.

"Transxəzər" Neft Nəql Sisteminin yaradılması Qazaxıstan neftinin Azərbaycan vasitəsilə marşrut üzrə, o cümlədən, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Türkiyənin Aralıq dənizi sahillərinə nəqlini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti