...

Azərbaycanın sənaye və energetika naziri Rumıniyanın XİN rəhbəri ilə enerji layihələrini müzakirə edib

Energetika Materials 18 Mart 2010 18:36 (UTC +04:00)
Bakıda cümə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Rumıniyanın xarici işlər naziri Teodor Bakonski ilə görüşüb. Bu barədə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirib.
Azərbaycanın sənaye və energetika naziri Rumıniyanın XİN rəhbəri ilə enerji layihələrini müzakirə edib

Azərbaycan, Bakı, 18 mart / Trend /

Bakıda cümə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Rumıniyanın xarici işlər naziri Teodor Bakonski ilə görüşüb. Bu barədə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirib.

Görüş zamanı tərəflər enerji sahəsində əməkdaşlıq, həmçinin Azərbaycan qazının "Nabukko" qaz kəməri vasitəsilə və Azərbaycan-Gürcüstan-Ruminya yeni marşrut üzrə ixrac məsələsini müzakirə ediblər.

Dəyəri 7,9 milyard avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin 30 faizi Nabucco Gas Pipeline International şirkətinin səhmdarları tərəfindən, qalan 70 faizi isə kreditlər hesabına kapitallaşacaq.

Bu gün Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində (ARDNŞ-nin Kulevidə neft terminalı var) emalı üzrə terminalın tikintisi və Avropanın daxili qaz şəbəkəsi üzrə gələcək göndərmələr üçün gəmilərin Rumıniya, yaxud Bolqarıstana nəqli məsələsi nəzərdən keçirilir. Layihə iki istiqamətdə nəzərdən keçirilir - LNG və CNG. Birincisi, qazın sıxılması üzrə zavodun tikintisidir, ikincisi isə onun sıxılması üçün vasitəsiz olaraq gəmilərə çatdırılmasıdır. Bu layihə çərçivəsində söhbət 7-20 milyard kubmetr qazdan gedir.

Xəbər lenti

Xəbər lenti