...

Gürcüstan sərmayədarlara energetika sahəsində maraqlı layihələr təklif edir - nazir

Energetika Materials 24 Mart 2010 13:11 (UTC +04:00)
Gürcüstan energetika sahəsində xarici sərmayədarların marağına səbəb ola biləcək investisiya layihələri təklif edəcək.
Gürcüstan sərmayədarlara energetika sahəsində maraqlı layihələr təklif edir - nazir

Gürcüstan, Tbilisi, 24 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan energetika sahəsində xarici sərmayədarların marağına səbəb ola biləcək investisiya layihələri təklif edəcək. Bu barədə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri Tbilisidə keçirilən Beynəlxalq energetika konfransı və sərgisinin başlanmasından əvvəl Trend -a bildirib.

Bu gün "Redison" mehmanxanasında IX Beynəlxalq qaz, energetika və infrastrukturlar sərgisi və "GIOGIE-2010" konfransı öz işinə başlayıb. Bu tədbir Gürcüstanın adıçəkilən sahələri və Qafqazda tədqiqat imkanları ilə maraqlananlar üçün zəruridir.

Gürcüstanın energetika sahəsində aparıcı forum olan "GIOGIE" 2002-ci ildən etibarən hər il keçirilir. Cari tədbirdə 300 nümayəndə, 30 yüksəksəviyyəli təmşilçi və 15 sərgi iştirakçısı iştirak edəcək. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna və digər ölkələrin hökumət nümayəndələri də iştirak edəcək.

"Gürcüstan energetika sahəsində böyük potensiala malikdir və yaxın zamanlarda tikinti üzrə layihələrin həyata keçirilməsi ixrac imkanlarını iki dəfə artırmağa imkan verəcək", - Xetaquri deyib.

"Biz, həmçinin artıq mövcud olan regional layihələri və Xəzər enerjidaşıyıcılarının Avropaya tranzitinə dair layihələri müzakirə edəcəyik", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti