...

Türkmənistan birja ticarətinə 160 min ton neft məhsulları çıxarıb

Energetika Materials 24 Mart 2010 17:48 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 24 mart / Trend , müxbir H.Həsənov/

Türkmənistan çərşənbə günü dövlət əmtəə-xammal birjasına ticarətə 160 min ton neft məhsulları çıxarıb. Həmin məhsullar Türkmənbaşı və Seydidəki neft emalı zavodlarının və Nayibdəki qaz emalı kompleksinin istehsalıdır.

Müxtəlif istiqamətlərə yükləmə ilə birjaya 60 min ton maye qaz, 10 min ton dizel yanacağı, 50 min ton A-92 markalı avtomobil benzini, 40 min ton A-80 markalı avtomobil benzini çıxarılıb.

Ötən həftə Türkmənistanın dövlət əmtəə-xammal birjasının ticarətində 36 razılaşma qeydiyyatdan keçib.

Əmtəə-xammal birjası Türkmənistanda ixrac-idxal əməliyyatlarının dövlət nizamlanmasının əsas orqanının funksiyasını yerinə yetirir.

Xəbər lenti

Xəbər lenti