...

Rusiyanın "Stroytransqaz" şirkəti Türkmənistandakı ofisini bağlayır

Energetika Materials 25 Mart 2010 11:25 (UTC +04:00)
Rusiyanın "Stroytransqaz" ASC Türkmənistandakı (Aşqabad) nümayəndəliyini ləğv edir. Bu barədə şirkətin məlumatında Direktorlar Şurasının qərarına istinadən bildirilir. "Stroytransqaz", həmçinin, İran İslam Respublikasında (Tehran) və Rusiyanın bir sıra regionlarında - İrkutsk, Krasnoyarsk, Tümendə filiallarını ləğv edir.
Rusiyanın "Stroytransqaz" şirkəti Türkmənistandakı ofisini bağlayır

Türkmənistan, Aşqabad, 25 mart / Trend , müxbir H.Həsənov/

Rusiyanın "Stroytransqaz" ASC Türkmənistandakı (Aşqabad) nümayəndəliyini ləğv edir. Bu barədə şirkətin məlumatında Direktorlar Şurasının qərarına istinadən bildirilir. "Stroytransqaz", həmçinin, İran İslam Respublikasında (Tehran) və Rusiyanın bir sıra regionlarında - İrkutsk, Krasnoyarsk, Tümendə filiallarını ləğv edir.

"Stroytransqaz" Türkmənistanda 2004-cü ildən fəaliyyətə başlayıb. 2005-2006-cı illərdə şirkət bir neçə müqavilə çərçivəsində neft-qaz mədən və qazma avadanlığının təchizatını yerinə yetirib. 2008-ci ilin fevralında "Stroytransqaz" ümumi məbləği 359 milyon avro olan Malay-Baqtıyarlık magistral qaz kəmərinin inşası üzrə tenderin qalibi olub. Bu obyektdə işlər 2009-cu ilin dekabrında uğurla başa çatdırılıb.

Kommunikasiya Türkmənistan qazının Özbəkistan və Qazaxıstan ərazisi ilə Çinə nəqlinə dair miqyaslı layihənin tərkib hissəsinə çevrilib. Bu transmilli qaz kəmərinin işə salınması mərasimində "Stroytransqaz" şirkətinin idarə heyətinin sədri Aleksandr Ryazanov iştirak edib.

"Stroytransqaz" inşaat, mühəndislik, sənaye, neft-qaz və maliyyə təşkilatlarından ibarətdir.

Şirkətin sifarişçiləri arasında aşağıdakılar var: "Qazprom", LUKOYL, "Mosenerqo", NİAEP, "Rosneft", "Sintez", ТНК-ВР, "Transneft", RUSAL, BOTAS, "ConocoPhillips", DEPA, "Dolphin Energy", GAIL, "Reliance", "Saudi Aramco", SONATRACH, "Syrian Gas Company".

Xəbər lenti

Xəbər lenti