...

Yanvar-fevral aylarında ARDNŞ neft hasilatını artırıb

Energetika Materials 29 Mart 2010 12:56 (UTC +04:00)
Yanvar-fevral aylarında ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft-qaz çıxarma idarələri ölkənin offşor və onşor yataqlarında 8,78 milyon barel neft (1,19 milyon tondan çox) hasil ediblər. 2009-cu ilin yanvar-fevral aylarında bu göstərici 8,66 milyon barelə yaxın (1,18 milyon tona yaxın) olub. Bu barədə ARDNŞ-dən məlumat verilib.

Azərbaycan, Bakı, 29 mart / Trend /

Yanvar-fevral aylarında ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft-qaz çıxarma idarələri ölkənin offşor və onşor yataqlarında 8,78 milyon barel neft (1,19 milyon tondan çox) hasil ediblər. 2009-cu ilin yanvar-fevral aylarında bu göstərici 8,66 milyon barelə yaxın (1,18 milyon tona yaxın) olub. Bu barədə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-in xarici şirkətlərlə birgə layihələrinin payına iki milyon bareldən çox düşür. Bunun 356,5 mini əməliyyat şirkətlərinin, 1,5 milyon barelə yaxını "Azəri-Çıraq-Günəşli" layihəsinin, 210,2 min bareli "Şahdəniz" yatağından qaz-kondensatın payına düşür.

Yanvar-fevral aylarında ARDNŞ 1,27 milyard kubmetrə yaxın qaz alıb. Ötən ilin analoji dövrü üçün bu göstərici 1,34 milyard kubmetr təşkil edib.

Həmin dövrdə ARDNŞ-in neft-qaz çıxarma idarələri 1,16 milyard kubmetr qaz hasil ediblər. Quruda qaz hasil edən birgə müəssisələr və əməliyyat şirkətləri yanvar-fevralda ARDNŞ-ə 10,1 milyon kubmetr qaz veriblər.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında ARDNŞ üçün 537,4 milyon kubmetr səmt qazı hasil edilib. Ötən ilin analoji dövründə bu göstərici 666,53 milyon kubmetr təşkil edib.

Azərbaycanda 59 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, qalanları quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti