...

Yanvar-fevral aylarında ARDNŞ Azərbaycan əhalisinə 500 milyon kubmetrdən çox qaz verib

Energetika Materials 29 Mart 2010 14:16 (UTC +04:00)

Yanvar-fevral aylarında ARDNŞ Azərbaycan əhalisinə 500 milyon kubmetrdən çox qaz verib

Azərbaycan, Bakı, 29 mart / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yanvar-fevral aylarında Azərbaycan əhalisinə 500,2 milyon kubmetr qaz verib. Bu barədə ARDNŞ-in məlumatında deyilir. Fevral ayında isə ARDNŞ əhaliyə 243,7 milyon kubmetr qaz verib.

Şirkət yanvar ayı ərzində sənaye müəssisələrinə, təxminən, 173 milyon kubmetr qaz verib. Fevralda isə sənaye müəssisələrinə 81,3 milyon kubmetr qaz verib.

Kommunal büdcə müəssisələrinə yanvar-fevral aylarında, təxminən, 83,8 milyon kubmetr qaz verilib. Fevralda bu göstərici 42,6 milyon kubmetr təşkil edib.

Naxçıvan Muxtar Respublikası Enerji Üzrə Dövlət Agentliyi 2010-cu ilin yanvar-fevral aylarında ARDNŞ-dən 16,6 milyon kubmetr qaz alıb. Fevralda bu göstərici 8,6 milyon kubmetr təşkil edib.

Əvvəllər ölkə ərazisində bütün daxili qaz əməliyyatlarını "Azəriqaz" QSC həyata keçirib. Ötən ilin iyunundan etibarən, QSC İB yenidən təşkil edilib və ARDNŞ-in tərkibinə daxil edilib.

Xəbər lenti

Xəbər lenti