...

ARDNŞ Azərbaycanda özünün YDS vasitəsilə apreldə avtomobil yanacağının satışına başlayacaq - şirkətin rəhbəri

Energetika Materials 30 Mart 2010 14:14 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti ) Azərbaycanda xüsusi brend altında ilk yanacaqdoldurma stansiyasının istismara verilməsini aprelin 5-nə planlaşdırır. Bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çərşənbə axşamı bildirib. Azərbaycanda Dövlət Neft Şirkətinin YDS-nin ümumi sayı 26 ədəd təşkil edir.
ARDNŞ Azərbaycanda özünün YDS vasitəsilə apreldə avtomobil yanacağının satışına başlayacaq - şirkətin rəhbəri

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir E.İsmayılova/

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti ) Azərbaycanda xüsusi brend altında ilk yanacaqdoldurma stansiyasının istismara verilməsini aprelin 5-nə planlaşdırır. Bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çərşənbə axşamı bildirib. Azərbaycanda Dövlət Neft Şirkətinin YDS-nin ümumi sayı 26 ədəd təşkil edir.

İndiyə kimi ARDNŞ Gürcüstanda 30-dan çox yanacaqdoldurma stansiyası inşa edib və istismara verib. Bu il daha 30 yanacaqdoldurma stansiyasının istismara verilməsi planlaşdırılır.

Şirkət, həmçinin, Ukraynanın pərakəndə neft məhsulları bazarında fəaliyyət göstərir. ARDNŞ hazırda bu ölkədə, təxminən, 20 YDS-ın rebrendinqini həyat keçirir. Bu stansiyada neft məhsullarının satışı may ayında gözlənilir.

Xəbər lenti

Xəbər lenti