...

Türkiyə yanvar-fevral aylarında qaz idxalını azaldıb

Energetika Materials 30 Mart 2010 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir E.İsmayılov/

Yanvar-fevral aylarında Türkiyənin dövlət boru kəməri şirkəti "Botaş" Türkiyəyə müxtəlif mənbələrdən 5,7 milyard kubmetr qaz idxal edib. 2009-ci ilin yanvar-fevralında bu göstərici 6,1 milyard kubmetr təşkil etmişdi. Bu barədə "Botaş" şirkətinin rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

Ümumilikdə, 2009-cu ildə "Botaş" Türkiyəyə 33,6 milyard kubmetrdən artıq qaz idxal edib. 2008-ci ildə bu göstərici 37,8 milyard kubmetr kubmetr təşkil edib.

Yanvar-fevralda, həmçinin "Botaş" boru kəməri şirkətinin ixrac əməliyyatlarının payına 146 milyon kubmetr qaz düşüb, 2009-cu ildə bu göstərici 721 milyon kubmetr, 2008-ci ildə 443 milyon kubmetr, 2007-ci ildə isə 31 milyon kubmetr olub.

Yanvar-fevralda Türkiyənin daxili bazarında 6,13 milyard kubmetrdən artıq qaz satılıb. 2009-ci ilin yanvar-fevralında bu göstərici 6,7 milyard kubmetr təşkil edib.

2009-cu ildə Türkiyənin daxili bazarında 32 milyard kubmetrdən artıq qaz satılıb. 2008-ci ildə bu göstərici 36 milyard kubmetr, 2007-ci ildə isə 35,1 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti