...

"Ekol" QSC iri ekoloji layihə çərşivəsində işlər aparır

Energetika Materials 31 Mart 2010 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend /

Yanvar-fevral aylarında "Ekol Mühəndislik Xidmətləri" QSC ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin mədən sahəsindən 15 min kubmetr şlam daşıyıb. Bu barədə QSC-nin rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir.

Qeyd olunur ki, həmçinin mədəndən 20 min kubmetrdən çox torpaq daşınıb.

Şlamın bioremediasiyası layihəsi çərçivəsində işlərə bu ilin yanvarında başlanılıb.

NQÇİ ərazisində 9,3 hektar sahəsi olan ekoloji park yerləşəcək. Burada müxtəlif ağac və bitki növləri becəriləcək. Onlardan ARDNŞ-nin öz tələbatının ödənilməsində istifadə olunacaq. Bu layihənin reallaşması zamanı alternativ enerji mənbələrindən fəal şəkildə istifadə olunacaq.

Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli məqsədilə 2006-cı ilin martında yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həmtəsisçiləri ARDNŞ (51%) və Lancer S.A. Services-dir (49%).

Xəbər lenti

Xəbər lenti