...

Türkmənistan paytaxtında enerji təhlükəsizliyi məsələləri yenidən müzakirə olunacaq

Energetika Materials 1 May 2010 18:05 (UTC +04:00)
Türkmənistan paytaxtında 3-4 may 2010-cu il tarixində "Avrasiyada dayanıqlı və möhkəm enerji təminatı üçün Mərkəzi Asiyada bölgələrarası əməkdaşlığın möhkəmləndirilməsi” mövzsunda konfrans keçiriləcək.

Türkmənistan, Aşqabad, 1 may /Trend, müxbir H.Həsənov/

Türkmənistan paytaxtında 3-4 may 2010-cu il tarixində "Avrasiyada dayanıqlı və möhkəm enerji təminatı üçün Mərkəzi Asiyada bölgələrarası əməkdaşlığın möhkəmləndirilməsi" mövzsunda konfrans keçiriləcək.

Türkmənistanın rəsmi mənbəsinin bildirdiyinə görə, təşkilatçı qismində Türkmənistanın Neft-qaz Senayesi və Mineral Resurslar Nazirliyi çıxış edəcək.

Türkmənistan Prezidenti Qurbanqulu Berdi Muhammədov mərasimin lazımi səviyyədə keçirilməsini tapşıraraq qeyd edib ki, bu, qlobal enerji təhlükəsizliyinin yeni modelinin formalaşdırılması sahəsində yeni ideyaların qabağa çəkilməsi yolunda atılmış daha bir vacib addım olacaq.

Hazırkı mərhələdə, rəsmi Aşqabad BMT-nin rəhbərliyi altında ekspertlər səviyyəsində enerjidaşıyıcılarının tranziti sahəsində müxtəlif aspektlərin nizamlanmasına dair hüquqi sənəd işləyib hazırlayır.

Türkmənistan hökumətinin qeyd etdiyi kimi, söhbət dünya enerji dəhlizində prinsipial cəhətdən yeni, universal, maraqların çoxtərəfli balansı üstündə qurulan münasibətlər modelinin qurulmasından və əməkdaşlığın uzunmüddətli mənfəət və üstünlüklərinin dərk edilməsindən gedir.

Türkmənistan Rusiya, Çin və İrana təbii qaz tədarük edir. Avropaya və Pakistana ixracatın diversifikasiyası variantlarını öyrənir. Axırıncı layihə tranzit ölkəsi olan Əfqanıstanda vəziyyətin qeyri-stabil olmasına görə uzun illərdir müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti