...

Azərbaycan neftinin qiymətləri: 26-30 aprel həftəsinin yekunları

Energetika Materials 3 May 2010 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.İsmayılov/

26-30 aprel həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Gürcüstanın Supsa, Batumi və Türkiyənin Ceyhan limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti $86,97/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən $1,39 /barel çoxdur.

26-30 aprel həftəsində AZERI LT-nin maksimum qiyməti $87,83/barel, minimum isə $85,54/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

26-30 aprel həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti $81,98/barel təşkil edib ki, bu da keçən həftənin orta qiymətindən $0,9 /barel çoxdur.

26-30 aprel həftəsində URALS-ın maksimum qiyməti $83,11/barel, minimum isə $80,61/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir. Kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

26-30 aprel həftəsində "Brent Dated" növünün orta qiyməti $85,84/barel təşkil edib ki, bu da əvvəlki həftənin orta qiymətindən $1,14 /barel çoxdur.

19-23 aprel həftəsində "Brent Dated" növünün maksimum qiyməti $86,79/barel, minimum isə $84,54/barel olub.

"Brent Dated"in qatılığı API üzrə 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti