...

"Botas International Limited" Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin yüklənməsini davam etdirir

Energetika Materials 3 May 2010 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.İsmayılov/

Mayın 3-nə olan məlumata görə, 2006-cı il iyunun 2-dən indiyə kimi "Botas International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 1132 tanker "Bakı-Tbilisi-Ceyhan" (BTC) boru kəməri ilə nəql olunan neftlə yüklənib. Aprelin 1-nə olan məlumata əsasən, bu göstərici 1099 tanker təşkil edib. Bu barədə BIL şirkətinin rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

BIL xarici şirkətlərlə əməkdaşlıq əlaqələrinin yaradılması üçün Türkiyənin Dövlət Boru Şirkəti "Botaş" tərəfindən təsis edilib. 2001-ci ildə şirkət BTC neft kəmərinin istismara verilməsi məqsədilə yenidən təşkil edilib.

Məlumatda bildirildiyi kimi, aprelin 1-nə olan məlumata əsasən, 864 milyon barelə nisbətdə həmin dövr ərzində tankerlərə yüklənmiş neftin həcmi 890 milyon barel təşkil edib.

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatına görə, yanvar-fevralda BTC boru kəməri vasitəsilə 5,7 milyon tondan çox Azərbaycan nefti nəql edilib. Bu il martın 1-nə olan məlumata görə, "Bakı-Tbilisi-Ceyhan" neft kəməri işə başlayandan bəri həmin boru kəməri vasitəsilə 112,26 milyon ton neft nəql edilib.

Ümumi uzunluğu 1768 kilometr olan BTC neft boru kəmərinin 443 km-i Azərbaycan, 249 km Gürcüstan, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprel, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1%); AzBTC (25%); Chevron (8,90%); Statoil (8,71%); ТРАО (6,53%); Eni (5%); Total (5%); Itochu (3,40%); Inpex (2,50%); ConocoPhillips (2,50%) və Amerada Hess (2,36%).

Xəbər lenti

Xəbər lenti