...

"Azneftyağ" NEZ sənaye sularının atılmasını azaldır

Energetika Materials 3 May 2010 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

"Ekol Mühəndislik Xidmətləri" QSC yanvar-mart aylarında Alfa - Laval qurğusunun istifadə olunması sayəsində ARDNŞ-nin "Azneftyağ" Neft Emalı Zavodunun istehsal sahələrindən toplanmış 2,8 min ton neft şlamını emal edib. Bu barədə QSC-nin bazar ertəsi yayılan məlumatda deyilir.

NEZ-də neft şlamının emalına dair işlər uzun illər boyu iş prosesində zavodun istehsal sahələrində toplanmış şlamın emalını nəzərdə tutan müqavilə çərçivəsində aparılır.

Həmçinin ekoloji tədbirlər çərçivəsində zavodda keçən ilin birinci rübünə nisbətən bu il dəniz suyunun seçilməsi 36,3 min kubmetr (43,8%) azaldılıb.

2006-cı il martın 1-də Abşeron yarımadasında mövcud olan ekoloji problemlərin həll edilməsi məqsədilə yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həmtəsisçiləri ARDNŞ (51%) və Lancer S.A. Services şirkətidir (49%).

Xəbər lenti

Xəbər lenti