...

ARDNŞ yanvar-aprel aylarında Gürcüstan bazarına 100 min ton neft məhsulu satıb

Energetika Materials 4 May 2010 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir E.İsmayılov/

ARDNŞ yanvar-aprel aylarında Gürcüstan bazarına 109,34 min ton Azərbaycanın neft məhsullarını satıb. Bu göstərici ötən ilin yanvar-aprel aylarında 127 min ton təşkil edib. Bu barədə çərşənbə axşamı SOCAR Energy Georgia-dakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, yanvar-aprel aylarında ARDNŞ 46,5 min tondan çox benzin, təxminən, 53,2 min ton dizel yanacağı, 7,9 min ton aviasiya kerosini, 235 ton mazut və 1,5 min ton bitum satıb.

Yanvar-aprel aylarında, həmçinin, Gürcüstan bazarına 33,5 min ton Azərbaycanın neft məhsulları satılıb.

Onun sözlərinə görə, ümumilikdə bu il ARDNŞ Gürcüstan bazarında 412 min ton neft məhsulları satmağı planlaşdırır. Bu göstərici 2009-cu ildə 406 min ton təşkil edib.

Azərbaycanda neft məhsulları Bakının iki NEZ-də istehsal olunur. Onların ümumi gücü ildə 20 milyon ton neft təşkil edir. Hər iki NEZ şəxsi vəsaiti hesabına quru və dəniz yataqlarında hasil olunan neftin hər il yeddi milyon tonunu emal edən ARDNŞ-in tərkibinə daxildir.

Bu il ARDNŞ tərkibinə daxil olan Azərbaycanın neft emalı zavodlarında (NEZ) 6,15 milyon ton neft emal etməyi planlaşdırır. 2009-cu ildə bu göstərici 6,03 milyon ton təşkil edib. 2008-ci ildə isə ARDNŞ 7,35 milyon ton neft emal edib.

Mənbənin sözlərinə görə, bu il planlaşdırılan ümumi həcmdən 4,35 milyon tonu neft emalı üçün Bakının Heydər Əliyev adına Neft Emalı Zavoduna göndəriləcək. Qalan 1,8 milyon ton isə "Azneftyağ" NEZ-də emal ediləcək.

Xəbər lenti

Xəbər lenti