...

"Azərenerji" SC elektrik enerjisinin istehsalını 9,4 faiz azaldıb

Energetika Materials 5 May 2010 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend/

Yanvar-aprel aylarında "Azərenerji" SC tərəfindən (elektrik enerjisinin istehsalı və paylanması) keçən ilin analoji dövründə istehsal olunan 7,5 milyard kilovat-saata qarşı 6,8 kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu barədə SC tərəfindən çərşənbə günü verilən məlumatda deyilir.

Birinci rüb ərzində istehsal olunan elektrik enerjisinin ümumi həcmindən istilik elektrik stansiyalarının payına 5,5 milyarddan çox, su elektrik stansiyalarının payına isə 1,3 milyard kilovat-saatdan artıq  elektrik enerjisi düşür.

Aprel ayında "Azərenerji" 1,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib.

Həmçinin, aprel ayı ərzində Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisinin planlı axını davam etdirilib.

Xəbər lenti

Xəbər lenti