...

Böyük Britaniya Azərbaycanla Qazaxıstan arasında transxəzər enerji münasibətlərinin inkişafını dəstəkləyir - diplomat

Energetika Materials 7 May 2010 10:47 (UTC +04:00)
Böyük Britaniya transxəzər neft nəqliyyatı sisteminin yaradılması üzrə Azərbaycan - Qazaxıstan birgə layihəsini dəstəkləyir. Bu barədə Böyük Britaniyanın Qazaxıstandakı Səfirliyinin regional energetika üzrə ikinci katibi Martin Çayldın Aktauda keçirilən 4-cü Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında etdiyi məruzəsində deyilir.

Azərbaycan, Bakı, 6 may /Trend/

Böyük Britaniya transxəzər neft nəqliyyatı sisteminin yaradılması üzrə Azərbaycan - Qazaxıstan birgə layihəsini dəstəkləyir. Bu barədə Böyük Britaniyanın Qazaxıstandakı Səfirliyinin regional energetika üzrə ikinci katibi Martin Çayldın Aktauda keçirilən 4-cü Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında etdiyi məruzəsində deyilir.

Çayldın fikrincə, Aİ və ABŞ-ı Qərb bazarlarına istiqamətlənmiş Cənub dəhlizinin daha çox cəlb etməsində təəccüblü heç nə yoxdur. Neft nəqli planında bu marşrut Atırau - Aktau və ya Atırau - Kurık boru kəmərindən ibarətdir. Sonra neft Azərbaycana nəql olunmaq üçün tankerlərə doldurilir və daha sonra Bakı - Tbilisi - Ceyhan neft kəmərinə daxil olur və ya dəmir yolu vasitəsilə Gürcüstanın Qara dəniz sahillərinə nəql olunur. Öz növbəsində, xüsusilə neft məhsullarının Qazaxıstandan Rusiya ərazisindən keçməklə Gürcüstana və daha sonra dünya bazarlarına tam dəmir yolu vasitəsilə nəqli də müzakirə olunub. Lakin bu marşrutun iqtisadi əsaslandırılmasını işləyib-hazırlamaq lazımdır.

"Faktik marşrut necə olur-olsun, Cənub dəhlizi Xəzərdəki dəniz infrastrukturuna nəhəng investisiyalar tələb edir. [...] Bununla əlaqədar biz bu günədək Qazaxıstanın etdiyi dəniz infrastrukturunun inkişafı üzrə işləri yüksək qiymətləndiririk və transxəzər neft nəqli sisteminin yaradılması üzrə Azərbaycan - Qazaxıstan birgə layihəsini dəstəkləyirik", - Çayld deyib.

Böyük Britaniyanın Qazaxıstan neftinə marağı ölkənin netto-idxalçıya çevrilməsi ilə əlaqədardır. Baxmayaraq ki son illər ərzində bu ölkə Şimal dənizində və kontinental şelfdə kifayət qədər karbohidrogen yanacağına malik olub.

"Belə şəraitlərdə enerji təhlükəsizliyinin təmin olunması üsullarından biri - ixrac marşrutlarının şaxələndirilməsidir. Lakin Böyük Britaniya təcriddə deyil və Avropa İttifaqının işində fəal iştirak edir. Ona görə də mən bütün Aİ-də enerji təhlükəsizliyinin təminatı siyasətindən və Qazaxıstanın karbohidrogen xammalı ehtiyatlarının bu siyasətin reallaşdırılmasında nə kimi vacib rol oynamasından daha geniş kontekstdə danışmaq istərdim", - Çayld deyib.

Onun sözlərinə görə, zəngin ticarət münasibətləri tarixinə malik dəniz dövləti olan Böyük Britaniya, eləcə də, onun üçün Xəzər regionunda gələcək neft ixracatçısı kimi dəniz nəqliyyatı sistemini dəstəkləməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti