...

Küveyt neft sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır – səfir

Energetika Materials 11 May 2010 11:59 (UTC +04:00)
Dünyada neft ixracı üzrə altıncı yeri tutan Küveyt neft sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Bu barədə Trend-ə Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayev məlumat verib. Bu sahədə əməkdaşlığın inkişaf perspektivləri bu günlərdə Küveytin neft və informasiya naziri Şeyx Əhməd Abdulla əl-Əhməd əl-Sabah və Azərbaycan səfiri arasında müzakirə olunub.
Küveyt neft sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır – səfir

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir S.Ağayeva/

Dünyada neft ixracı üzrə altıncı yeri tutan Küveyt neft sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Bu barədə Trend-ə Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayev məlumat verib. Bu sahədə əməkdaşlığın inkişaf perspektivləri bu günlərdə Küveytin neft və informasiya naziri Şeyx Əhməd Abdulla əl-Əhməd əl-Sabah və Azərbaycan səfiri arasında müzakirə olunub.

Görüşdə Küveytin neft və informasiya naziri ölkənin iyunun 1-4-də Bakıda keçiriləcək "Xəzərin neft və qaz, neft emalı və neft kimyası" adlı 17-ci beynəlxalq sərgi və konfransda iştirak etməkdə marağını ifadə edib. Bu barədə səfir telefonla əl-Küveytdən məlumat verib.

Diplomat nazirə ölkənin sənaye və energetika naziri Natiq Əliyevin adından Azərbaycana səfər barədə dəvəti xatırladıb.

Küveyt naziri Azərbaycana səfər etmək və iki ölkənin neft və energetika sahəsində əməkdaşlığını müzakirə etmək niyyətini ifadə edərək təəssüflə bildirib ki, əvvəlcədən planlaşdırılmış səfər qrafiki ilə əlaqədar sərgidə iştirak edə bilməyəcək. Eyni zamanda, öz iş qrafikində dəyişiklik etməyin mümkünlüyünü də istisna etməyib.

Şeyx Əhməd əl-Sabah 2010-cu ildə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Küveytli nazir beynəlxalq sərgi və konfranslarda iştirak etməyin, eləcə də regionda fəaliyyət göstərən şirkətlərlə əlaqələrin qurulmasının vacibliyini qeyd edərək bildirib ki, sərgidə Küveytin Neft və İnformasiya Nazirliyinin nümayəndə heyətinin iştirakı məsələsinə baxılacaq.

Xəbər lenti

Xəbər lenti