...

Azərbaycan, Gürcüstan və Rumıniya qazın Avropaya nəqli üzrə birgə müəssisə yaradılması haqda saziş imzalayıblar

Energetika Materials 12 May 2010 14:38 (UTC +04:00)
Bu gün Gürcüstan, Azərbaycan və Rumıniya nazirləri Azərbaycan qazının Avropaya yeni nəqli yolları layihəsinin reallaşdırılması üzrə birgə müəssisənin yaradılması haqda saziş imzalayıblar.
Azərbaycan, Gürcüstan və Rumıniya qazın Avropaya nəqli üzrə birgə müəssisə yaradılması haqda saziş imzalayıblar

Gürcüstan, Tbilisi, 12 may /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstan, Azərbaycan və Rumıniya nazirləri Azərbaycan qazının Avropaya yeni nəqli yolları layihəsinin reallaşdırılması üzrə birgə müəssisənin yaradılması haqda saziş imzalayıblar.

Mayın 12-də Tbilisidə Azərbaycandan maye qazın Avropaya nəqli üzrə Gürcüstan - Azərbaycan - Rumıniya layihəsinin reallaşdırılması məsələsi üzrə iclas keçirilib. İclasda Azərbaycanın energetika naziri Natiq Əliyev, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes naziri Adrean Vidianu iştirak ediblər.

Tərəflər yeni layihənin reallaşdırılması üzrə konkret işlərlə məşğul olması barədə razılığa gəliblər.

"Bu müəssisə layihənin həyata keçirilməsi və texniki iqtisadi əsaslandırmanın (TİƏ) yaradılması üçün maliyyənin cəlb edilməsi ilə məşğul olacaqlar", - Gürcüstanın energetika naziri Aleksandr Xetaquri deyib. Yeni BM 30 gün ərzində yaradılacaq.

Layihə Azərbaycandan maye qazın Gürcüstan ərazisinə çatdırılmasını, bunun üçün Gürcüstan və Rumıniyada maye qaz istehsalı üzrə iki zavodun tikilməsini nəzərdə tutur.

"Bu çox vacib məsələdir, o, Azərbaycan qazının Avropaya nəqlinin daha çox şaxələndirilməsinə imkan verir. Biz hesab edirik, Avropaya neft və qaz nəqli yollarının şaxələndirilməsi ən aktual tapşırıqlardan biridir", - Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Xetaquri bəyan edib ki, Gürcüstan üçün onun ərazisindən keçən bütün tranzit yolları vacibdir. "Bu həm iqtisadi səmərə, həm də bizim enerji təhlükəsizliyimizin artırılmasıdır", - o deyib.

Rumıniyanın iqtisadiyyat, ticarət və biznes naziri Adrean Vidianu qeyd edib ki, Azərbaycan qazı Avropanı enerjidaşıyıcıları ilə müəyyən ölçüdə təmin etməyə imkan verəcək.

"Rumıniya bu prosesdə fəal rol oynamaq niyyətindədir və bu layihə həmin siyasətin bir hissəsidir ", - nazir deyib.

Aprelin 13-də Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya tərəfindən "Maye qazın nəqli sahəsində əməkdaşlıq haqqında" memorandum imzalanıb.

Xəbər lenti

Xəbər lenti