...

ARDNŞ dövlət büdcəsi üçün nəzərdə tutulmuş məbləği 1,5 dəfə artırıb

Energetika Materials 13 May 2010 18:10 (UTC +04:00)

Аzərbaycan, Bakı, 12 may /Trend/

Yanvar-aprel ayları ərzində ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ölkənin dövlət büdcəsinə ayrılacaq məbləği ötən ilin analoloji dövrü ilə müqayisədə (114,57 milyon manat) 1,5 dəfə artıraraq 3337, 35 milyon dollara çatdırıb. Bu barədə çərşənbə günü şirkətin məlumatda deyilir.

Aprel ayında bu göstərici 82,6 milyon manatdan çox təşkil edib.

Yanvar-aprel ayları ərzində ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna ötən ilin analoji dövrü ilə müqayisədə 19,5 faiz artıraraq 39,44 milyon manat ayırıb.

Aprel ayında DSMF-yə ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 21 faiz artıq - 10,89 milyon manat ayrılıb.

Mayın 12-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti