...

Bakı Dəniz Limanı yanvar-aprel aylarında 550 min tondan çox neft yükləri daşıyıb

Energetika Materials 13 May 2010 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.İsmayılov/

Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı yanvar-mart aylarında 559 min ton neft yükləri daşıyıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 25 faiz azdır. Bu barədə cümə axşamı Bakı limanındakı mənbə bildirib.

"Ümumilikdə, dörd ay ərzində 559 min ton neft yükləri daşınıb. Ötən illə müqayisədə bu göstərici 25 faiz azdır", - mənbə deyib.

Onun sözlərinə görə, neft yüklərinin daşınması həcminin azalması Mərkəzi Asiyadan olan neft yüklərinin bir hissəsinin hələ ötən il Səngəçal terminalına yönəldilməsi ilə izah edilir. Daşınmanı "Cross Caspian" şirkəti həyata keçirir.

Ümumilikdə, yanvar-aprel aylarında liman 1,72 milyon ton müxtəlif yüklər daşıyıb ki, bu da 2009-cu ilin yanvar-aprel aylarında qeydə alınan göstəricidən 4 faiz çoxdur.

2009-cu ildə ümumilikdə liman 5,1 milyon ton yük daşıyıb.

Xəbər lenti

Xəbər lenti