...

ABŞ Xəzəryanı ölkələrdə neft hasilatının artmasını təsdiq edir

Energetika Materials 15 May 2010 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Bədəlova/

Xəzəryanı ölkələrdə (Azərbaycan, İran, Qazaxıstan, Rusiya) sutka ərzində neft hasilatının həcmi ilk iki ay üçün 16,266 milyon barel təşkil edib. Bu isə 2009-cu ilin analoji dövr göstəricisindən 0,626 milyon barel çoxdur. Bu barədə ABŞ-ın Dövlət Energetika İnformasiyası İdarəsi (EIA) özünün beynəlxalq neft bazarına dair aylıq məruzəsində deyilir.

EIA-nın məruzəsinə əsasən, fevralda Xəzəryanı ölkələrin sutka ərzində neft hasilatı həcmi yanvarda olan 16,19 milyon barelə nisbətdə 16,349 milyon barel təşkil edib. 

EIA-nın məlumatına görə, Azərbaycanda orta gündəlik neft hasilatı həcmi 1,034 milyon barel təşkil edib. İranda bu göstərici 4,094, Qazaxıstanda 1,549, Rusiyada isə 9,589 milyon bareldir.

Xəbər lenti

Xəbər lenti