...

Yanvar-aprel aylarının yekununa əsasən Azərbaycanın əsas istehlakçılarının benzin və daş kömür ehtiyatları artıb

Energetika Materials 14 May 2010 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend/

Mayın 1-nə Azərbaycan istehlakçılarının mazut ehtiyatı 340 min ton olub ki, bu da ötən ilin anoloji dövr göstəricisindən 0,1 faiz azdır. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən bildirilib.

May ayının 1-nə verilən məlumata görə, avtomobil benzini ehtiyatı 19,2 min ton təşkil edib ki, bu da 2009-cu ilin yanvar-aprel aylarına nisbətdə 1,6 faiz çoxdur.

Mayın 1-nə verilən məlumata görə, əsas istehlakçıların dizel yanacağı ehtiyatı 13,7 min ton təşkil edib ki, bu da ötən ildəki göstəricidən 13,3 faiz azdır.

Əsas istehlakçıların neft bitumu ehtiyatı 4,9 min ton olub ki, bu da 2009-cu ilin yanvar-aprel aylarına nisbətdə 12,5 faiz azdır.

Yanvar-aprel aylarının yekununa əsasən, əsas istehlakçıların daş kömürü ehtiyatı 5,5 min ton təşkil edib. Bu, ötən ilin analoji dövr göstəricisindən 5,7 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti