...

Bakı elektrik stansiyası elektrik enerjisinin istehsalını artırıb

Energetika Materials 17 May 2010 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may / Trend /

Bakı elektrik stansiyası yanvar-aprel aylarında proqnozlaşdırılan 149,5 milyon kilovatt-saat əvəzinə, 161,4 milyon kilovatt-saata yaxın elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji" SC tərəfindən bazar ertəsi yayılan məlumatda deyilir.

Stansiya istismara verildiyi 2007-ci ildən etibarən, 2010-cu il mayın 1-nə olan məlumata görə,  cəmi 1,81 milyard kilovatt-saat elektrik enerjisi istehsal edib.

Apreldə stansiyada 32,4 4 milyon kilovatt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 900 min kilovatt-saat çoxdur.

12 aqreqatdan ibarət olan stansiyanın gücü 105 meqavatt təşkil edir.

Xəbər lenti

Xəbər lenti