...

Azərbaycanda iri Rusiya şirkətinin - energetika avadanlıqları tədarükçüsünün nümayəndəliyi qeydiyyatdan keçib

Energetika Materials 17 May 2010 16:47 (UTC +04:00)

Аzərbaycan, Bakı, 17 may /Trend/

Azərbaycanda Rusiyanın "RU-Energy Group" ASC-nin nümayəndəliyi qeydiyyatdan keçib. Bu barədə Azərbaycanın Vergilər Nazirliyinin rəsmi internet saytının "bir pəncərə" bölməsində məlumat verilir.

Şirkətin rəsmi nümayəndəsi kimi Akif Müştaqov çıxış edir. Nümayəndəlik aprelin 27-də qeydiyyatdan keçib.

ASC neft-qaz mədəni və buruqları avadanlıqları, eləcə də Rusiya, yaxın və uzaq xarici ölkələrin yanacaq-energetika kompleksləri müəssisələri üçün alətlərin istehsalçısı kimi fəaliyyət göstərir.

RU-Energy Group-un Qazaxıstan, Türkmənistan və Özbəkistanda da daimi nümayəndəlikləri var.

Hazırda ASC "SOCAR-AQS", "Qazprom" ASC, "Qazprom neft" ASC, "TNK-BP Holdinq", "LUKoyl" ASC, "Rusneft" MŞ ASC, "Özbəkneftqaz" ASC və biznes dünyasında digər məşhur şirkətlərlə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti