...

ARDNŞ-nin Qara dəniz terminalında dəniz dibinin dərinləşdirilməsi üzrə işlər davam etdirilir

Energetika Materials 17 May 2010 17:36 (UTC +04:00)
ARDNŞ-nin Gürcüstanda Kulevi Qara dəniz terminalında dəniz dibinin dərinləşdirilməsi üzrə apardığı işlər davam etdirilir.
ARDNŞ-nin Qara dəniz terminalında dəniz dibinin dərinləşdirilməsi üzrə işlər davam etdirilir

Аzərbaycan, Bakı, 17 may /Trend/

ARDNŞ-nin Gürcüstanda Kulevi Qara dəniz terminalında dəniz dibinin dərinləşdirilməsi üzrə apardığı işlər davam etdirilir. Bu barədə terminaldan verilən məlumatda deyilir.

"Beş aylıq təmirdən sonra Sevastopoldan Kuleviyə yenidən bərpa olunmuş "Marian B" yerqazan gəmiləri qaytarılıb. Bütün sərhəd prosedurlarından sonra gəmilər adəti üzrə işlərinə - Kulevi limanının giriş kanalında mövcud dərinliyin saxlanılmasına başlayıblar", - məlumatda bildirilir.

Ümumilikdə "Marian B"nin texniki xarakteristikası xüsusi çəkisi 100 min ton olan tankerlərin qəbulu üçün dərinliyin inkişafı və saxlanılmasından ötrü lazım olan bütün tələblərə cavab verir.

"Marian B" uzunluğu 77,7 m, eni 12,9 m, maksimal suya oturma dərəcəsi 6,2 m olan böyük, avtomatik hərəkət edən, dəniz dibini dərinləşdirən gəmidir.

Xəbər lenti

Xəbər lenti