...

Azərbaycanın Energetika Nazirliyi Xəzərdə alternativ enerji mənbələrini inkişaf etdirmək niyyətindədir

Energetika Materials 19 May 2010 10:46 (UTC +04:00)

Аzərbaycan, Bakı, 18 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın Sənaye və Energetika Nazirliyi nəzdində Alternativ və Bərpa Olunan Enerji Mənbələri Üzrə Dövlət Agentliyi tərəfindən işlənib-hazırlanmış proqram çərçivəsində Çilov və Pirallahı adalarında alternativ enerji mənbələrinin inkişafı nəzərdə tutulur, -  bu barədə çərşənbə axşamı nazirliyin neft və qaz şöbəsinin müdiri İdris Rzabəyov məlumat verib.

Onun sözlərinə görə, proqramda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına nəinki quruda, eləcə də dənizdə baxılır.

"Hal-hazırda yeni proqrama hazırlıq işləri davam etdirilir və başa çatmaq üzrədir",  - Rzabəyov deyib.

Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikovun qeyd etdiyi kimi, Azərbaycanda alternativ enerji mənbələrinin inkişaf proqramı 2015-ci ilə qədər davam edəcək. Ölkədə külək, günəş, bioqaz enerjisinin inkişafı kimi, istilik enerjisinin alınması və elektrik stansiyalarından alınan enerjidən istifadə imkanları da agentliyin maraq dairəsinə daxildir.

Alternativ və bərpa olunan enerji mənbələri sahəsində aparılan ilkin tədqiqatlara bir milyon manat məbləğ ayrılıb. Həmçinin, bu sahə üzrə pilot layihələrin həyat keçirilməsi üçün dövlət büdcəsindən 40 milyon vəsait nəzərdə tutulub, - bu barədə ilk öncə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

Xəbər lenti

Xəbər lenti