...

Azərbaycanın Dövlət Neft Fondu PSA tipli layihələr çərçivəsində aktivlərin satışını növbəti dəfə elan edib

Energetika Materials 19 May 2010 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend/

Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) hasilatın pay bölgüsü (PSA) müqavilələri çərçivəsində xarici neft şirkətləri tərəfindən təqdim olunan aktivlərin satışını elan edib. Bu barədə fondun "Xalq qəzeti"ndə yerləşdirilmiş elanında deyilir.

Satışı elan olunan aktivlər qaynaq avadanlıqlarına, müxtəlif təyinatlı və ölçülü borulara, müxtəlif ölçülü və təyinatlı elektrik kabellərinə, müxtəlif elementlərə, eləcə də neft və qaz quyularının qazılmasında istifadə olunan ehtiyat hissələrə aiddir.

Yuxarıda sadalanan aktivlərin alınmasında maraqlı olan şəxslər bu il mayın 31-dək ARDNF-ə müraciət edə bilərlər.

Əlavə məlumat alınması üçün ARDNF-nin aktivlərlə iş üzrə şöbəsinin rəhbəri Emin Qasımova müraciət etmək olar.

Əlaqə telefonları: (012) 498 77 53, 498 62 55 (daxili - 172).

Xəbər lenti

Xəbər lenti