...

ARDNŞ tullantıların utilizasiyası üzrə mərkəzin yenidən qurulması layihəsi çərçivəsində müqavilə imzalayıb

Energetika Materials 20 May 2010 19:16 (UTC +04:00)
Azərbaycan Resbublikası Dövlət Neft Şirkəti və ABŞ-ın MI LLC şirkəti cümə axşamı Bakıda ARDNŞ tullantılarının utilizasiyası üzrə mərkəzin yenidən qurulması və tullantılara nəzarət sisteminin yaradılması üçün texniki-iqtisadi əsaslandırmaya (TİƏ) hazırlıq barədə müqavilə imzalayıblar.
ARDNŞ tullantıların utilizasiyası üzrə mərkəzin yenidən qurulması layihəsi çərçivəsində müqavilə imzalayıb

Аzərbaycan, Bakı, 20 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Resbublikası Dövlət Neft Şirkəti və ABŞ-ın MI LLC şirkəti cümə axşamı Bakıda ARDNŞ tullantılarının utilizasiyası üzrə mərkəzin yenidən qurulması və tullantılara nəzarət sisteminin yaradılması üçün texniki-iqtisadi əsaslandırmaya (TİƏ) hazırlıq barədə müqavilə imzalayıblar.

Müqavilə ARDNŞ-nin ekoloji məsələlər üzrə vitse-prezidenti Soltan Əliyev və MI şirkətinin vitse-prezidenti Sven Maykrans tərəfindən imzalanıb.

TİƏ ARDNŞ müstəqil surətdə mərkəzin yenidən qurulması üzrə işləri apardıqdan sonra altı ay müddətində hazır olacaq.

TİƏ-nin hazırlanması çərçivəsində həmçinin ARDNŞ müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantıların həcmindən asılı olaraq müvafiq emaletmə texnologiyalarının seçilməsi də nəzərdə tutulub.

Maykransın bildirdiyi kimi, müqavilənin imzalanması zamanı əsas diqqət tullantıların utilizasiyasına deyil, onların təkrar emalına yönəldiləcək.

ARDNŞ tullantılarına nəzarət sistemi layihəsi üzrə işləri və tullantıların utilizasiyası mərkəzinin yenidən qurulması ARDNŞ və ABŞ-in Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış 572 min dollar dəyərində qrant müqaviləsi çərçivəsində həyata keçirilir. Müqavilə ötən il avqustun 13-də imzalanıb.

Xəbər lenti

Xəbər lenti