...

"Uralmaşzavod" Azərbaycana altı qazma avadanlıqları dəsti satacaq

Energetika Materials 20 May 2010 17:32 (UTC +04:00)
Rusiyanın "Uralmaşzavod" müəssisəsi ARDNŞ-yə altı qazma avadanlıqları dəsti satacaq.
"Uralmaşzavod" Azərbaycana altı qazma avadanlıqları dəsti satacaq

Azərbaycan, Bakı, 20 may /Trend/

Rusiyanın "Uralmaşzavod" müəssisəsi ARDNŞ-yə altı qazma avadanlıqları dəsti satacaq. Bu barədə cümə axşamı müəssisənin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Avadanlıq dəstlərinə qazma qurğularının əsas hissələri (ötürücü gücü 750 kVt olan LBU-750D kimi), güc aqreqatları, rotorlar və digərlərindən ibarətdir. Dəstlər köhnəlmiş qazma avadanlıqlarını əvəz etmək və ARDNŞ-nin dəniz stasionar-qazma platformalarını kompleks modernləşdirmək üçün nəzərdə tutulub.

Dəstlər qazma avadanlıqlarına irəli sürülən bütün müasir tələblərə cavab verir. Müqavilənin icra müddəti 2010-cu ilin dekabr ayına qədərdir.

Xəbər lenti

Xəbər lenti