...

"SOCAR Georgia Gas" Gürcüstanın Poti şəhərinin qazlaşdırılması layihəsini təqdim edib

Energetika Materials 20 May 2010 17:13 (UTC +04:00)
"SOCAR Georgia Gas" (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi) mayın 20-də Gürcüstanın Poti şəhərinin qazlaşdırılması layihəsini təqdim edib.
"SOCAR Georgia Gas" Gürcüstanın Poti şəhərinin qazlaşdırılması layihəsini təqdim edib

Azərbaycan, Bakı, 20 may /Trend/

"SOCAR Georgia Gas" (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi) mayın 20-də Gürcüstanın Poti şəhərinin qazlaşdırılması layihəsini təqdim edib. Bu barədə ARDNŞ-dən məlumat verilib.

Layihəyə görə, 2010-cu il ərzində Poti şəhərinin qaz sisteminin yaradılması planlaşdırılır. Görülən işlər çərçivəsində 158 kilometrlik qaz kəmərinin çəkilməsi nəzərdə tutulur. Bu işlər başa çatdıqdan sonra Potidə qaz abonentlərinin sayı 21 minə çatdırılacaq. Bununla yanaşı, müxtəlif təyinatlı 174 obyektin qazlaşdırılması da planlaşdırılır.

Layihənin təqdimatı zamanı Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, "SOCAR Energy Georgia"ın baş direktoru Mahir Məmmədov və digər şəxslər iştirak ediblər.

"SOCAR Georgia Gas" üçillik (2009-2011-ci illər) investisiya proqramı çərçivəsində Gürcüstanın qaz sisteminə 150 min abonentin qoşulmasını planlaşdırır. "SOCAR Georgia Gas" üç il ərzində Gürcüstanın 30 şəhər və rayonunu qazlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti