...

Qazaxıstan neft-qaz layihələrinin həyata keçirilməsində Azərbaycanın təcrübəsindən istifadədə maraqlıdır

Energetika Materials 20 May 2010 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir E.İsmayılov/

Qazaxıstan Xəzərdə enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətindədir. Bu sözləri cümə axşamı Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşən Qazaxıstanın Manqışlaq vilayətinin rəhbəri Krımbek Kuşerbayev deyib.

Nümunə kimi Kuşerbayev Qazaxıstanın "Kaşaqan", "Jemçujnıy", "N" bloku və digər layihələrinin adını cəkib.

Onun sözlərinə görə, Azərbaycan Qazaxıstanın öz enerji resurslarını təhlükəsiz və effektli şəkildə Avropa bazarına çıxarması üçün ona lazımi şəraiti yaratmağa hazırdır.

Əliyevin sözlərinə görə, tərəflər arasında sənaye sahəsində münasibətləri nizama salmaq vacibdir. Ölkələr arasında bu sahədə münasibətlər bu gün üçün lazımi səviyyədə inkişaf etməyib. Bununla əlaqədar olaraq bu il və növbəti illərdə tərəflər sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün işləməlidirlər.

Tərəflər arasında iqtisadi münasibətlərin inkişafı məqsədilə avqustun axırında - sentyabrın əvvəlində Qazaxıstanda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək. Biznes forumunun Aktauda baş tutacağı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti