...

ARDNŞ Rusiyaya qaz ixracını davam etdirir

Energetika Materials 21 May 2010 12:32 (UTC +04:00)
Rusiyanın "Mozdok-Qazıməmməd" qaz kəmərində baş vermiş partlayış Azərbaycan qazının Rusiyaya ixracının həcminə təsir etməyib. Bu barədə cümə günü ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumat verilib. Şirkət Rusiyanın "Qazprom" şirkəti ilə imzalanan ortamüddətli müqavilə çərçivəsində, Rusiyaya qaz nəqlini həyata keçirir.
ARDNŞ Rusiyaya qaz ixracını davam etdirir

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.İsmayılov/

Rusiyanın "Mozdok-Qazıməmməd" qaz kəmərində baş vermiş partlayış Azərbaycan qazının Rusiyaya ixracının həcminə təsir etməyib. Bu barədə cümə günü ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumat verilib. Şirkət Rusiyanın "Qazprom" şirkəti ilə imzalanan ortamüddətli müqavilə çərçivəsində, Rusiyaya qaz nəqlini həyata keçirir.

"Partlayış Dağıstan ərazisində baş verib, lakin o, ixracın həcminə təsir etməyib. Qarşı tərəf əvvəlki həcmdə qazın qəbulunu davam etdirir", - mənbə bildirib.

Mənbə Rusiyaya ixrac olunan qazın sutkalıq həcmini açıqlamayıb. Lakin orta hesabla, Rusiyaya sutkada 2,5-3 milyon kubmetrə yaxın qaz nəql olunur.

ARDNŞ-in məlumatına görə, Azərbaycan yanvar-aprel aylarında Rusiyaya 261,7 milyon kubmetr qaz ixrac edib. Apreldə bu göstərici 89,6 milyon kubmetr təşkil edib.

Azərbaycanın Rusiyaya qaz ixrac etdiyi "Mozdok-Qazıməmməd" qaz kəməri ildə 5 milyard kubmetr buraxılış qabiliyyətinə malikdir. 2007-ci idə Azərbaycan bu qaz kəməri ilə 4,5 milyard kubmetrədək qaz idxal edib. Lakin sonralar Azərbaycan Rusiya qazının idxalından imtina edib. Bu ilin yanvarından qaz kəməri ilə Azərbaycanın "mavi yanacaq"ının" RF-ə nəqli həyata keçirilir.

Azərbaycan qazının Rusiyaya nəqli 2010-cu ilin yanvarından başlanılıb.

Azərbaycan qazının Rusiyaya alqı-satqısına dair ortamüddətli müqavilə 2009-cu il oktyabrın 14-də Bakıda imzalanıb. 2010-2014-cü illəri əhatə edən müqaviləyə əsasən, Azərbaycan tərəfi hər il Rusiyaya 500 milyon kubmetrdən az olmayaraq qaz tədarük edəcək. Müqavilədə qaz tədarükünün həcmi göstərilməyib. ARDNŞ bir il əvvəlcədən qarşı tərəfi tədarük edə biləcəyi həcm barədə məlumatlandıracaq.

Bu il Rusiyaya bir milyard kubmetr Azərbaycan qazı ixrac olunacaq. Həmçinin, ARDNŞ və "Qazprom" 2011-ci ildə Rusiyaya nəql ediləcək qazın həcmi barədə razılığa gəliblər. Növbəti ildə bu göstərici, təxminən, iki milyard kubmetr təşkil etməlidir.

Xəbər lenti

Xəbər lenti