...

Azərbaycan Nazirlər Kabineti alternativ və bərpa olunan enerji mənbələri sahəsində xüsusi icazənin verilməsi qaydalarını təsdiqləyib

Energetika Materials 25 May 2010 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycan Nazirlər Kabineti alternativ və bərpa olunan enerji mənbələri (layihələşdirmə, tikinti, istismar) sahəsində fəaliyyət üzrə xüsusi icazələrin verilməsi qaydalarını təsdiqləyib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.

Xüsusi icazə gücü 10 kvt-dan yuxarı olan külək, günəş və biokütlə əsasında kommersiya məqsədilə satışa çıxarılması istisna olmaqla, enerji alınması ilə məşğul olmaq istəyən hüquqi və ya fiziki şəxslərə (mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq) şamil edilir.

Fəaliyyətə icazənin verilməsi və dayandırılması ilə Azərbaycanın Sənaye və Energetika Nazirliyi məşğul olur.

Xəbər lenti

Xəbər lenti