...

Azərbaycanın nəqliyyat naziri "Azərbaycan Dəmir Yolları" QSC-də selektor iclası keçirib

Energetika Materials 25 May 2010 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend/

Kür və Araz çaylarının daşması nəticəsində baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə hökumət komissiyasının üzvü olan Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov "Şirvan" dəmiryol stansiyasına yüklərin vaxtında çatdırılması məqsədilə qüvvələrin səfərbər edilməsi haqqında göstərişlər verib. Bu barədə Nəqliyyat Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir. Bu göstərişlər Məmmədov tərəfindən "Azərbaycan Dəmir Yolları" QSC-də keçirilən selektor iclası zamanı verilib.

Həmçinin, nazir çayların daşmasından yaranan sellər nəticəsində əziyyət çəkən bölgələrdə işlərin sürətləndirilməsi, stansiyalara yüklərin vaxtında çatdırılması, şimal, cənub və qərb istiqamətində qatarların normal işləməsinin təmin edilməsi məqsədilə digər strukturların qüvvə və texnikasının cəlb edilməsi haqqında göstəriş verib.

Xəbər lenti

Xəbər lenti