...

IGI-Poseidon layihəsinin detallı injinirinqi ilə məşğul olacaq şirkət müəyyənləşib

Energetika Materials 25 May 2010 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir A.Bədəlova/

IGI Poseidon S.A INTECSEA şirkəti ilə IGI-Poseidon layihəsinin genişləndirilmiş detallı və baza injinirinqinin keçirilməsinə dair müqavilə imzalayıb. Bu barədə IGI Poseidon S.A şirkətinin rəsmi saytında yerləşdirilən məlumatında deyilir.

IGI Poseidon S.A İtaliyanın Edison və Yunanıstanın Depa şirkətləri tərəfindən Poseidon kəmərinin işlənməsi və tikilməsi üçün yaradılıb.

Tikilməsi planlaşdırılan Yunanıstan-İtaliya sualtı kəmərinin (kəmər Poseidon adı ilə tanınır) gücü ildə 8-10 milyard kubmetr qaz təşkil edir. Uzunluğu 212 km olan kəmər Adriatik dənizinin dibi ilə Yunanıstanın Stavrolimenas şəhərindən İtaliyanın Otranto şəhərinə qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti