...

"Ekol" QSC ARDNŞ-in quru yataqlarında neftlə çirklənmiş torpaqları təmizləyəcək

Energetika Materials 27 May 2010 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend/

İyundan başlayaraq "Ekol" Mühəndislik Xidmətləri QSC "Balaxanıneft" NQÇİ-nin Kürdəxanıdakı mədən sahələrində neftlə çirklənmiş torpaqların (33 hektaradək ərazi) təmizlənməsi işlərini həyata keçirəcək. Bu barədə QSC-nin yaydığı məlumatda deyilir.

Məlumatda bildirildiyi kimi, işlər ARDNŞ-in "Azneft" İstehsalat Birliyi (İB) ilə "Ekol" QSC arasında imzalanmış müqavilə çərçivəsində aparılacaq.

Kürdəxanıdakı mədən ərazilərinin birində aparılan monitorinq çərçivəsində 11 hektar çirklənmiş ərazi müəyyən edilib. Həmin ərazidə 23 277 kubmetr neft şlamı və 33 773 kubmetrdən çox tərkibi su və xam neftdən ibarət olan tullantılar aşkar edilib.

Hazırda ərazidə hazırlıq işləri görülür. Layihənin həyata keçirilməsinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılıb.

2006-cı il martın 1-də Abşeron yarımadasında mövcud ekoloji problemlərin aradan qaldırılması məqsədilə yaradılan "Ekol" Mühəndislik Xidmətləri QSC-nin həmtəsisçiləri ARDNŞ (51 faiz) və "Lancer S.A. Services" (49 faiz) şirkətidir.

Xəbər lenti

Xəbər lenti