...

ARDNŞ yanvar-iyun aylarında Gürcüstana 200 milyon kubmetrdən çox qaz ixrac edib

Energetika Materials 5 İyul 2010 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Yanvar-iyun aylarında ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) Gürcüstana 207,05 milyon kubmetrə yaxın qaz ixrac edib. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, iyunda Gürcüstana ARDNŞ tərəfindən 11,5 milyon kubmetrdən çox Azərbaycan qazı ixrac edilib.

ARDNŞ Gürcüstana öz qazının satışını Gürcüstan bazarında fəaliyyəti çərçivəsində Qazax rayonu ərazisində iki ölkəni birləşdirən boru kəməri vasitəsilə həyata keçirir. Bu kəmərlə qaz nəqlinin gücü ildə 3 milyard kubmetrə yaxındır.

2008-ci ilin noyabrında Azərbaycanla Gürcüstan arasında saziş imzalanıb və həmin saziş ARDNŞ-in Gürcüstanın qaz bazarında 2009-cu ildən başlayaraq son beş il ərzində öz fəaliyyətini aktivləşdirməyə imkan verir. Memoranduma görə, ARDNŞ layihənin həyata keçirilməsi üçün "SOCAR Georgia Gas" törəmə şirkətini yaradıb ki, bu şirkət Gürcüstan hökumətinin müəyyən etdiyi istehlakçı qrupları (sosial qrupları) qazla təmin edir.

Eləcə də 2008-ci il dekabr ayının sonlarında ARDNŞ və Gürcüstan hökuməti bu respublikanın müxtəlif regionlarını əhatə edən 30 qazpaylayıcı təsərrüfat və şəbəkənin idarəçiliyə verilməsi haqda müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti