...

Neftin qiyməti digər enerjidaşıyıcılarına nisbətdə daha tez yüksəlir – bp şirkətinin MDB ölkələri üzrə iqtisadiyyat idarəsinin rəhbəri

Energetika Materials 6 İyul 2010 11:20 (UTC +04:00)
Ötən il dünya neft istehsalı, orta hesabla, sutkada 2 milyon barel azalıb. Bu barədə çərşənbə axşamı Bakıda bp şirkətinin MDB Ölkələri Üzrə İqtisadiyyat İdarəsinin rəhbəri Vladimir Drebensov deyib.
Neftin qiyməti digər enerjidaşıyıcılarına nisbətdə daha tez yüksəlir – bp şirkətinin MDB ölkələri üzrə iqtisadiyyat idarəsinin rəhbəri

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir E.İsmayılov/

Ötən il dünya neft istehsalı, orta hesabla, sutkada 2 milyon barel azalıb. Bu barədə çərşənbə axşamı Bakıda bp şirkətinin MDB Ölkələri Üzrə İqtisadiyyat İdarəsinin rəhbəri Vladimir Drebensov deyib.

Onun sözlərinə görə, OPEK ölkələri üzrə bu göstərici sutkada 2,5 milyon barel azalıb. Lakin bununla yanaşı, karteldən kənarda artım 0,5 milyon barel təşkil edib. OPEK xaricindəki artım Azərbaycan, Qazaxıstan, Braziliya, Rusiya və ABŞ kimi ölkələr hesabına baş verib. Birləşmiş Ştatlarda neft istehsalı 460 milyon barel artıb ki, bunun da 390 milyon bareli Meksika körfəzinin payına düşüb.

Drebensovun sözlərinə görə, neftin qiymətləri, orta hesabla, bir barel üçün 62 dollar təşkil edib. Ötən ilin sonunda bu rəqəm 70-75 dollar olub. Cari ildə bu göstərici hələ ki bir barel üçün 77 dollardır.

Onun sözlərinə görə, cari ildə neftin qiyməti qaz və kömürdən fərqli olaraq, daha yüksək templərlə artıb.

Drebensovun bildirdiyinə gərə, ötən il maliyyə-iqtisadi böhran şəraitində dünyanın ümumi enerji istehlakı 1,2 faiz azalıb. Bu göstərici dörd faizə də çata bilərdi. Lakin bu səviyyədə qalmasına səbəb Hindistan və Çin kimi ölkələrdə istehlakı artımı olub.

İnkişaf etmiş ölkələrdə enerji istehlakının azalmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə artım 2,7 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti