...

"E.ON Ruhrgas" TAP layihəsinin üçüncü rəsmi səhmdarı olub

Energetika Materials 6 İyul 2010 15:43 (UTC +04:00)
Almaniyanın "E.ON Ruhrgas" şirkəti Transadriatik boru kəməri (TAP) layihəsinə rəsmi olaraq üçüncü səhmdar qismində qoşulub.
"E.ON Ruhrgas" TAP layihəsinin üçüncü rəsmi səhmdarı olub

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir A.Bədəlova/

Almaniyanın "E.ON Ruhrgas" şirkəti Transadriatik boru kəməri (TAP) layihəsinə rəsmi olaraq üçüncü səhmdar qismində qoşulub. Bu barədə layihənin rəsmi saytında dərc olunan məlumatda qeyd olunub.

Alman şirkətinin layihədə iştirakı Brüsseldə may ayında TAP səhmdarlarının mətbuat konfransı zamanı elan edilib. "E.ON Ruhrgas"ın layihədə payı 15 faizdir. Layihənin digər iki səhmdarının - Norveçin "Statoil" və İsveçrənin EGL şirkətlərinin payı hərəyə 42,5 faiz təşkil edir.

"E.ON Ruhrgas AG" (2004-cü il iyulun 1-dək "Ruhrgas AG") 2003-cü ilin fevralından "E.ON AG" konserninin hissəsidir və Avropada qaz ticarət qrupuna cavabdehdir. Onun vəzifələrinə təbii qazın hasilatı, satışı, nəqli və saxlanılması aiddir. Şirkət 11 273 kilometr uzunluğunda qollara ayrılmış qazın nəqli şəbəkəsinə malikdir. Şəbəkənin tərkibinə aktiv qazın ümumi həcmi - 5,1 mlrd kubmetr olan 12 yeraltı anbar daxildir. "E.ON Ruhrgas AG" satış həcminə görə Almaniya bazarında liderdir.

"E.ON Ruhrgas"ın TAP layihəsində iştirakı layihənin həyata keçirilməsində mühüm addımdır. "E.ON Ruhrgas"ın qaz layihələrinin hasilatı və nəqli sahələrində müvəffəqiyyətli inkişafda zəngin tarixi var və şirkət əlavə biliklər və təcrübə qazanacaq ki, bu da gələcəkdə TAP layihəsini möhkəmləndirəcək", - məlumatda vurğulanır.

Məlumatda o da qeyd olunub ki, TAP layihəsi əlavə tərəfdarların qoşulması üçün açıq olaraq qalır.

Əvvəllər "Statoil" şirkətinin qaz üzrə vitse-prezidenti Run Byornsonun dediyi kimi, yeni səhmdarın qoşulması gələcəkdə TAP layihəsini, xüsusilə də Xəzər dənizi regionundan Avropaya nəql edilən qazın həcmi ilə rəqabət aparmaq qabiliyyətini möhkəmləndirəcək.

Transadriatik boru kəməri "Cənub dəhlizi"nin bir hissəsi kimi, qazın Xəzər dənizi və Yaxın Şərqdən Avropaya ixrac olunması üçün nəzərdə tutulub. Qaz kəməri öz başlanğıcını Yunanıstandan götürəcək, Albaniya ərazisindən və Adriatik dənizindən keçəcək, daha sonra İtaliyayadək uzanacaq.

Qaz kəməri Albaniyadan İtaliyaya qədər 115 kilometrlik sualtı sahəyə qoşulub. Qaz kəmərinin tikintisi üzrə layihənin dəyəri 2,2 milyard dollar təşkil edir. Boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 10 milyard, maksimum isə 20 milyard kubmetrdir. Boru kəmərinin uzunluğu 520 km-dir.

Xəbər lenti

Xəbər lenti