...

ARDNŞ yanvar-iyun aylarında neft məhsullarının istehsalını artırıb

Energetika Materials 7 İyul 2010 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Yanvar-iyun ayları ərzində Azərbaycanda 2,46 milyon ton neft məhsulları istehsal edilib. Ötən ilin analoji dövründə bu göstərici 2,2 milyon tondan artıq təşkil edib. Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatında deyilir. Azərbaycanın hər iki neft emalı zavodu ARDNŞ-nin tərkibindədir.

Yanvar-iyun aylarında istehsalın ən böyük həcmi dizel yanacağının (1,2 milyon ton) payına düşüb. Ötən ilin analoji dövründə bu göstərici 1,05 milyon ton olub.

Yanvar-iyun aylarında gücü ildə 20 milyon ton olan Bakı neft emalı zavodlarında ötən ilin analoji dövründə emal olunmuş 3 milyon tona yaxın neftlə müqayisədə 3,1 milyon ton neft emal olunub. ARDNŞ quru və dəniz yataqlarından çıxardığı nefti öz vəsaiti hesabına NEZ-lərə çatdırır.

Azərbaycanda yanvar-iyun ayları ərzində neft məhsullarının istehsalı (min tonla):

Neft məhsulları

Yanvar-iyun, 2010-cu il

Yanvar-iyun, 2009-cu il

Benzin (cəmi)

697,08

691,12

- avtobenzin

593,04

578,24

- Nafta (birbaşa qovulmuş benzin)

104,04

112,88

Kerosin KO-20

1175,62

1054,14

Dizel yanacağı

95,03

174,86

Soba yanacağı

96,38

109,58

Soba mazutu

221,09

25,61

Neft bitumu

32,79

13,32

Maye qazlar

104,82

68,66

Mühərrik yanacağı DT

32,79

13,32

Cəmi

3133,8

2983,19

Xəbər lenti

Xəbər lenti