...

ABŞ OPEK-ə daxil olmayan ölkələrin neft tədarükü üzrə proqnozları artırıb

Energetika Materials 8 İyul 2010 14:23 (UTC +04:00)
ABŞ-ın Enerji İnformasiyası üzrə Dövlət İdarəsi (EIA) 2010 və 2011-ci illər üçün OPEK-ə daxil olmayan ölkələrin neft tədarükü üzrə proqnozları artırıb. EİA-nın yeni proqnozlarına görə, 2010-cu ildə bu ölkələrin neft tədarükü sutkada 0,62 milyondan 50,98 milyon barelədək artacaq və 2011-ci ildə sutkada 0,08 milyondan 50,9 milyon barelədək azalacaq. Əvvəllər EİA bu ölkələrin 2010-cu ildə tədarükünü sutkada 50,86 milyon barel, 2011-ci ildə isə sutkada 50,68 milyon barel səviyyəsində proqnozlaşdırıb.
ABŞ OPEK-ə daxil olmayan ölkələrin neft tədarükü üzrə proqnozları artırıb

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir A.Bədəlova/

ABŞ-ın Enerji İnformasiyası üzrə Dövlət İdarəsi (EIA) 2010 və 2011-ci illər üçün OPEK-ə daxil olmayan ölkələrin neft tədarükü üzrə proqnozları artırıb. EİA-nın yeni proqnozlarına görə, 2010-cu ildə bu ölkələrin neft tədarükü sutkada 0,62 milyondan 50,98 milyon barelədək artacaq və 2011-ci ildə sutkada 0,08 milyondan 50,9 milyon barelədək azalacaq. Əvvəllər EİA bu ölkələrin 2010-cu ildə tədarükünü sutkada 50,86 milyon barel, 2011-ci ildə isə sutkada 50,68 milyon barel səviyyəsində proqnozlaşdırıb.

EİA-nın enerji bazarının qısamüddətli icmalı üzrə aylıq məruzəsində deyildiyinə görə, OPEK-ə daxil olmayan ölkələrin göstərilən müddət ərzində əsas neft tədarükü mənbəyi Braziliya, ABŞ və Azərbaycan olacaq.

EİA-nın proqnozlarına əsasən, keçmiş Sovet İttifaqı ölkələrinin neft tədarükünün həcmi 2010-cu ildə sutkada 13,07 milyon barel və 2011-ci ildə sutkada 13,06 milyon barel təşkil edəcək.

EİA-nın proqnozlarına görə, tədarüklərin ümumdünya həcmi 2010-cu ildə sutkada 1,66 milyon bareldən 85,89 milyon barelədək və 2011-ci ildə sutkada 1,17 milyon bareldən 87,06 milyon barelədək artacaq.

Xəzər regionu ölkələrinin neft tədarükü

EİA-nın proqnozlarına görə, Xəzər regionu ölkələrinin (Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya) neft tədarükü bu il sutkada 0,19 milyon bareldən 12,87 milyon barelədək artacaq. EİA İrandan neft tədarükü ilə bağlı məlumatları göstərməyib.

EİA 2011-ci ildə Xəzər regionu ölkələrinin neft tədarükünü sutkada 12,88 milyon barel səviyyəsində proqnozlaşdırır.

EİA-nın proqnozlarına əsasən, 2010-cu ildə Azərbaycanda neft hasilatı sutkada 0,07 milyon barel artaraq 1,08 milyon barelə və 2011-ci ildə sutkada 0,13 milyon artraq 1,21 milyon barelə çatacaq.

EİA-nın proqnozlarına görə, Qazaxıstan 2010-cu ildə sutkada 1,57 milyon barel və 2011-ci ildə isə sutkada 1,61 milyon barel neft hasil edəcək.

EİA Türkmənistanın neft hasilatını 2010 və 2011-ci illərdə, müvafiq olaraq, 0,2 və 0,21 milyon barel səviyyəsində proqnozlaşdırır.

OPEK-in neft tədarükü


EİA-nın gözləmələrinə görə, OPEK ölkələrinin neft tədarükü 2010-cu ildə sutkada 0,41 milyon barel artaraq 29,51 milyon barelə, 2011-ci ildə sutkada 0,56 milyon barel artaraq 30,07 milyon barelə çatacaq.

EİA-nın qiymətləndirmələrinə görə, OPEK ölkələrinin neft tədarükünün həcmi ikinci rübdə sutkada 29,4 milyon barel təşkil edib.


EİA-nın məruzəsinə əsasən, 2011-ci il ərzində OPEK ölkələrinin hasilatının az artımı dünyanda neftə artan tələbatla əlaqəli olacaq.

Hazırda OPEK-in neft hasilatı üzrə qoyduğu kvota sutkada 24,85 milyon barel təşkil edir.

Dünyanın neft tələbatı

EİA 2010-cu ildə dünyanın neft tələbatının sutkada 1,56 barel artaraq 85,82 milyon barelə, 2011-ci ildə isə sutkada 87,29 milyon barel artaraq 1,47 milyon barelə çatacağını proqnozlaşdırır.

Tələbatın əsas hissəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrin, xüsusilə də Çin, Səudiyyə Ərəbistanı və Braziliya, sayəsində təmin ediləcək.

EİA İƏİT ölkələrində neft tələbatının 2010-cu ildə sutkada 45,37 milyon barel, 2011-ci ildə isə sutkada 45,35 milyon barel olacağını proqnozlaşdırır.

EİA-ya görə, İƏİT-ə daxil olmayan ölkələrdə 2010-cu ildə neft tələbatı sutkada 1,52 milyon barel artaraq 40,44 milyon barel, 2011-ci ildə sutkada 1,5 milyon barel artaraq 41,94 milyon barel səviyyəsində olacaq.

Neftin qiymətləri

EİA Amerikanın (WTI) yüngül neftinin qiymətini 2010-cu ilin ikinci rübü üzrə proqnozlarını dəyişməz olaraq, bir barel üçün 79 dollar, 2011-ci il üzrə bir barel üçün 83 dollar səviyyəsində saxlayıb.

İyulun 7-də aparılan alış-verişin yekunları üzrə Nyu-York ticarət birjasında WTI növlü neftin avqust füçersinin qiyməti bir barel üçün 2,09 dolar artaraq 74,07 dollar olub.

ABŞ-ın Enerji İnformasiyası üzrə Dövlət İdarəsi (EIA) Konqres tərəfindən 1977-ci ildə yaradılıb və ABŞ Departamentinin enerji üzrə statistik agentliyidir.

Xəbər lenti

Xəbər lenti